14:57 - 28.12.2021
28 dekabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC-də daha bir təyinat gerçəkləşib.
ABC.AZ-ın məlumatına görə, qurumun strateji inkişaf və kommersiya departamentinin direktor müavini təyin edilib.
İlqar Vahabov 22 dekabr 2021-ci il tarixində qeyd edilən departamentin direktorunun müavini təyin edilib.
O, 1993-1997-ci illərdə Bakı Avrasiya Universitetinin ali təhsilin bakalavr pilləsi üzrə “Beynəlxalq münasibətlər” fakültəsini, 2004-2007-ci illərdə ali magistr təhsili üzrə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq Münasibətlər” fakultəsini fərqlənmə diplomu ilə bitirib.
2006-2014-cü illərdə “Bakpet” MMC-nin direktor müavini, 2014-2019-cu illərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “İnnovasiyalar Mərkəzi” MMC-də müxtəlif vəzifələrdə, “Funksional yardımçı xidmətlərlə iş” şöbəsinin müdiri vəzifəsində çalışıb.
16 sentyabr 2020-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Strateji inkişaf və komersiya” departamentində Marketinq və satış şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026