14:14 - 24.12.2021
24 dekabr, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə edilib.
ABC.AZ-ın məlumatına görə, müzakirələr zamanı əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacağının təklif edilən qanunda öz əksini tapacağı bildirilib. Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.
Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır. Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026