14:06 - 21.12.2021
21 dekabr, Fineko/abc.az. Azərbaycandan xaricə, əsasən də Rusiyaya pomidor ixracı 3 aylıq fasilənin ardından noyabr ayında bərpa olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandan 140 milyon 582 min dollar dəyərində 129 min 631 ton pomidor ixrac olunub.
2021-ci ilin 10 ayında (yanvar-oktyabr) pomidor ixracı Azərbaycandan 129 milyon 652 min dollar dəyərində 120 min 342 ton təşkil edib.
Beləliklə, noyabrda 10 milyon 930 min dollar dəyərində 9 min 289 ton pomidor ixrac edilib.
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026