17:32 - 20.12.2021
20 dekabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında yaradılan quruma yeni rəhbər təyin edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Toğrul İsalı “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib.
T.İsalı, 2019-cu ilin dekabrından bu tərəfə İqtisadiyyat Nazirliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin auditoru kimi fəaliyyət göstərirdi.
T.İsalı həmçinin “Akkord” şirkətində baş maliyyə inzaibatçısı kimi çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci ilin iyunundakı fərmanı ilə İN yanında ƏMDX tabeliyində Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi yaradılmışdı.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026