14:41 - 18.11.2021
18 noyabr, Fineko/abc.az. Azərbaycan hökuməti “Bees Airline” aviaşirkətinə ilk uçuş reysini 2021-ci il dekabrın 6-da həyata keçirməyə icazə verib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, Odessa və Gəncə arasında mütəmadi reyslər həftədə 1 dəfə - həftənin birinci günləri həyata keçiriləcək.
Odessa-Gəncə reyslərinin bir istiqamət üçün qiyməti, təxminən, 84,3 ABŞ dolları, gediş-gəliş qiyməti, təqribən, 169,7 ABŞ dolları təşkil edir. Ən ucuz tarifə yalnız əl çantasının daşınması daxildir. Təyyarənin salonuna ölçüsü 55х40х23 sm, çəkisi 7 kq-dək olan kişi, qadın çantası və ya noutbuk götürmək olar.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026