Zəngilandakı "ağıllı kənd" layihəsi nə vaxt başa çatır?

11:40 - 17.11.2021


17 noyabr, Fineko/abc.az . Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin reallaşdırılması başa çatır.

ABC.AZ-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda "Ağıllı şəhər" infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.

O qeyd edib ki, Qarabağda "ağıllı layihələr"in reallaşdırılması üzrə işlər davam edir. "Bu işlər bizim üçün çox vacibdir. Biz artıq Zəngilanda "ağıllı kənd" layihəsini başa çatdırırıq. Bu cür işlər azad edilmiş ərazilərdə digər rayonlarda da davam edir", - deyə nazir müavini bildirib.