Bu şirkətin avtomobilləri peyin enerjisi ilə işləyəcək

10:37 - 11.11.2021


 11 noyabr, Fineko/abc.az . “BMW of North America” yaşıl elektrik enerji istehsal etmək üçün Kaliforniyanın süd fermalarındakı peyindən istifadə edəcək.

ABC.AZ-ın məlumatına görə, mütəxəssislər hesab edir ki, bu üsulu tam olaraq ekoloji adlandırmaq olmasa da, peyinin vurduğu zərər karbohidrogenlərin yandırılması zamanı yaranan istixana qazları ilə müqayisədə çox azdır.

Şirkət qeyd edir ki, metan qazının elektrik enerjiyə çevrilməsi sayəsində karbon qazı emissiyaları 100%-dək endiriləcək.