11:06 - 12.04.2018
12 aprel, Fineko/abc.az. Rusiyanın mənzil sifarişi xidməti Tvil.ru Rusiya turistlərinin may bayramları istirahəti üçün MDB-nin hansı şəhərlərində daha çox mənzil sifariş etdiklərini açıqlayıb.
Reytinq 2018-ci il aprelin 29-dan mayın 10-na qədər dövr ərzində otel və mənzillərin sorğusu və sifarişlərinin təhlili əsasında tərtib edilib.
Rusiyada “uzun” bayram istirahət günləri aprelin 29-dan mayın 2-nə kimi olmaqla, dörd gün, həmçinin mayın 5-i, 6-ı və 9-u olacaq.
Minsk, Astana, Bakı, Yerevan və Brest may bayramlarında Rusiya turistlərinin səfərləri üçün MDB ölkələrinin ilk beş şəhərləri siyahısına daxildir.
Tvil.ru saytının məlumatına əsasən, Bakıda turistlər may ayının əvvəlində ortalama 4 gecə üçün mənzil sifariş edəcəklər və sutkada 3,3 min rubl xərcləyəcəklər.
May bayramlarında səyahət üçün populyar MDB ölkələrinin ilk beş şəhəri:
Minsk - 2,8 min rubl / 3,5 gecə *
Astana - 3,2 min rubl / 2,5 gecə
Bakı - 3,3 min rubl / 4 gecə
Yerevan - 2,8 min rubl / 4 gecə
Brest - 2 min rubl / 1,5 gecə
* Bir sutkada yaşama üçün orta ödəniş / sifariş edilmiş gecələrin orta rəqəmi
Tvil.ru - səyahət və istirahət üçün mehmanxanalar, mənzillər və evlərin online sifarişi üzrə Rusiyanın aparıcı saytdır.
29 İyul 2026
27 İyul 2026