17:11 - 23.09.2021
23 sentyabr, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus “Aztelekom” MMC-də struktur istahatları və vəzifə təyinatları aparılıb.
ABC.AZ-ın Report-a istinadən məumatına görə, qurum tərkibində yeni “Şimal-Şərq Regional Filialı" yaradılıb.
Bu filial özündə Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz Telekommunikasiya Qovşaqlarını birləşdirir.
Ona rəhbərlik Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanova həvalə edilib.
Bundan başqa, bir qədər əvvəl yaradılmış "Aran Regional Filialı”na da rəhbər təyin edilib. Bu vəzifəyə Yevlax Telekommunikasiya Qovşağının rəisi Kərəm İbrahimov gətirilib. Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026