Prezident və xanımı Bakı Avropa Liseyinin yeni binasının açılışına qatılıb

14:18 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yeni bina 1560 şagird yerlikdir.