17:27 - 6.04.2018
6 aprel, Fineko/abc.az. Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in buraxılışını mayın 25-ə həyata keçirmək planlaşdırılır.
Bu məlumatı Azərbaycan peykinin buraxılışı ilə məşğul olan Fransanın "Arianespace" şirkəti yayıb.
Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.