11:20 - 11.08.2021
11 avgust, Fineko/abc.az. 2021-ci ilin I yarısında Azərbaycan beynəlxalq təşkilatlara üzvlüklə bağlı 14,6 milyon manat ödəyib. Bu, keçən ilin anoloji dövrü ilə müqayisədə 11,9 % çoxdur.
ABC.AZ Maliyyə Nazirliyinin hesabatına əsasən xəbər verir ki, 2020-ci ilin I yarısında Azərbaycan beynəlxalq təşkilatlara üzvlüklə bağlı 13 milyon manat ödəyib.
Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində beynəlxalq təşkilatlara üzvlüklə bağlı 18,7 milyon manat nəzərdə tutulub.