13:13 - 30.03.2018
30 mart, Fineko/abc.az. Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsulları üzrə milli standartlar hazırlanıb.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, bunlar “Orqanik istehsal məhsulu. İstehsal, saxlanma və daşınma şərtləri”, “Orqanik qida məhsulları. Termin və tariflər” və “Orqanik məhsulların istehsalı, emalı, markalanması və etiketlənməsi üzrə rəhbər sənəd” standart layihələridir.
“Standart layihələri rəy alınması üçün aidiyyəti orqanlara təqdim olunub”, - məlumatda belə deyilir.