12:11 - 30.03.2018
30 mart, Fineko/abc.az. “Veysəloğlu” şirkətlər qrupu istehsal xəttini genişləndirməyi planlaşdırır.
“Veysəloğlu” şirkətinin biznesin inkişafı üzrə baş direktoru İlqar Nurinin jurnalistlərə verdiyi məlumatına görə, şirkət öz məhsullarını (şokolad və karamel) dünyanın 20-dən çox ölkəsinə ixrac edir.
“Şirkətin istehsalının təxminən 20%-i ixrac olunur və istehsal xəttinin artması hesabına gələcəkdə ixracın həcmini artırmaq planlaşdırılır”, - İ.Nuri belə deyib.