16:20 - 15.07.2021
15 iyul, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17-18 iyul tarixlərində ənənəvi “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək.
Budəfəki yarmarkalarda ümumilikdə 30-dan artıq regiondan 100-ə yaxın fermer 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026