12:33 - 5.07.2021
5 iyul, Fineko/abc.az. Fitosanitar nəzarət zamanı qrupunun dövlət müfəttişləri tərəfindən Azərbaycandan 4 partiya və İrandan 2 partiya pomidor (49,1 ton), armud (19,2 ton), bibər (16,3 ton) və gilas (19,6 ton) Rusiya ərazisinə buraxılmayıb.
ABC.AZ interfax-a istinadən xəbər verir ki, Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 104,2 ton təşkil edib.
“Məhsulların saxlanılmasına laboratoriyanın rəyi səbəb olub. Rəyə əsasən, partiyalarda karantin zərərli obyektlərin - Tuta absoluta Povolny, Frankliniella occidentalis Perg və Grapholitha molesta aşkarlanıb. Yüklərin Azərbaycan və İrana qaytarılması barədə qərar qəbul olunub”, - “Rosselxoznadzor”un məlumatında vurğulanır.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026