14:55 - 29.06.2021
29 iyun, Fineko/abc.az. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində ilk sığorta ödənişi həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, Sığorta ödənişi Göygöl rayonunun Üçtəpə kəndində fəaliyyət göstərən fermer Bəhruz Mustafaya məxsus olan heyvandarlıq təsərrüfatına edilib.
Burada sığortalanmış “Simmental” cinsli inək qanqrenozlu mastit səbəbindən məcburi kəsimə sövq edilib. Sığorta hadisəsi ilə bağlı sahibkarın Aqrar Sığorta Fonduna müraciətindən sonra müstəqil aqrar sığota ekspertləri hadisəni araşdırıb və Fondun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib.
Müvafiq prosedurlardan sonra 3 019 manat məbləğində sığorta ödənişi fermer Bəhruz Mustafanın bank hesabına köçürülüb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026