14:28 - 18.06.2021
18 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may ayları ərzində Azərbaycana idxal olunan qarğıdalının həcmi açıqlanıb.
ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə 8 835,04 min ABŞ dolları dəyərində 19 437, 10 ton qarğıdalı idxal olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,3%, həcm ifadəsində isə 47,6% azdır.
Aprel ayı ilə müqayisədə isə bu ilin mayında sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 83,6%, həcm ifadəsində isə 85,1% azalıb.
Qeyd edək ki, bu ilin ilk beş ayında qarğıdalı idxalının ümumi idxalda payı 0,20% təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026