15:43 - 29.04.2021
29 aprel, Fineko/abc.az. Birinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2425 nəfər olub.
ABC.AZ-ın məlumatına görə, bu “BP Azərbaycan” şirkətinin 2021-ci ilin birinci rübününün yekunları ilə bağlı açıqlamasında qeyd olunub. Qeyd olunub ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Şirkətdən bildirilib ki, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026