12:09 - 27.04.2021
27 aprel, Fineko/abc.az. Nüfuzlu “Bloomberg” agentliyi dünyanı ağuşuna almış COVİD 19 pandemiyası şəraitində səyahət üçün ən təhlükəsiz ölkələrin adlarını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, siyahıya 79,7 balla Sinqapur liderlik edir.
Səbəb kimi Sinqapurun ölkə daxilində vaksinasiyanın sürətlənməsi və COVID-19-un yayılmasına qarşı effektiv mübarizə tədbirlərinin təşkili göstərilir.
Avstraliya və İsrail isə 3-cü və 4-cü yerləri bölüşürlər. Pandemiya dövründə Almaniya, Portuqaliya, İspaniya, İrlandiya və Avstriya da təhlükəsiz ölkələrin siyahısında yer alıb. Siyahını Argentina və Polşa davam etdirir.
Müəllif: Elmir Murad
10 Avqust 2026