17:32 - 23.04.2021
23 aprel, Fineko/abc.az. Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətində mühüm layihələrdən olan əmək münasibətləri və məşğulluq altsistemi (ƏMAS) yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq.
ABC.AZ-ın məlumatına görə, bu barədə Agentlikdə bir sıra şirkətlərin insan resursları üzrə məsul şəxsləri ilə keçirilən görüşdə bildirilib.
Agentliyin sədri Mustafa Abbasbəyli rəqəmsal məşğulluğa keçid və xidmətlərin elektronlaşdırılması istiqamətində icra olunan 8 layihəni qeyd edib.
Bildirib ki, bunlar ƏMAS, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, həmçinin ictimai işlər portalıdır (works.gov.az).
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026