15:53 - 20.04.2021
20 aprel, Fineko/abc.az. İtaliya koronavirus pandemiyası səbəbindən dayandırılmış turist qəbulunu bu yay bərpa etməyi planlaşdırır.
ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə İtaliyanın Rusiyadakı səfiri Paskuale Terraççano jurnalistlərə bildirib.
Xatırladaq ki, bir qədər əvvəl italiyalı nazirlər xarici turistləri ölkəyə iyunun 2-dən etibarən buraxmağı planlaşdırdıqlarını bildiriblər.
“Təsdiq edirəm ki, belə bir ehtimal nəzərə alınır. Fikrimcə, bu, yayda baş verə bilər. Məhz iyunun 2-də olacağına söz verə bilmərəm, amma şübhəsiz ki, bu yay turist axını bərpa olunacaq”, – səfir bildirib.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026