Əhməd Əhmədzadə vəzifəsindən azad olundu - Sərəncam

15:24 - 2.04.2021


2 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamla Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.