14:55 - 18.03.2021
18 mart, Fineko/abc.az. Ağstafa rayonunda yerləşən istixanda orqanik şəraitdə pomidor yetişdirilməsinə başlanılıb.
ABC.AZ-ın məlumatına görə, yetişdirilən məhsullar dağ suyu ilə suvarılır.
Bitkiləri tozlandırmaq üçün arılardan istifadə olunur.
Bitkilərin qidalı mühitdə yetişməsi üçün torpaq davamlı olaraq təbii gübrələrlə münbitləşdirilir.
Qeyd edək ki, son dövrlərdə alimlərin apardıqları tədqiqatların nəticəsində pomidor meyvələrinin xərçəng, böyrək daşı, ürək və damar xəstəliklərinin profilaktik müalicəvi xüsusiyyətə malik olması aşkarlanıb.