Azərbaycanda avtomobil istehsalı üzrə daha bir zavod tikiləcək

15:29 - 5.03.2018


5 mart, Fineko/abc.az. Hacıqabul sənaye məhəlləsində avtomobil zavodu tikiləcək.

Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf bildirdi ki, hal-hazırda xarici investorlarla danışıqlar aparılır.

“Zavodda həm minik, həm də yük maşınlarının istehsalı planlaşdırılır”, - R.Nəcəf belə deyib.

Onun sözlərinə görə, Neftçala  sənaye məhəlləsində tikilən avtomobil zavodu 2018-ci ildə istismara veriləcək.