12:26 - 15.02.2021
15 fevral, Fineko/abc.az. "Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edir.
ABC.AZ Report-a istinadən xəbər verir ki, aviadaşıyıcı yay mövsümü ilə bağlı uçuş proqramını yeniləyib.
Proqrama əsasən, martın 28-dən Ukrayna paytaxtından Azərbaycana, Gürcüstana və Ermənistana uçuşlar bərpa olunacaq. Bundan başqa, aviaşirkət Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, BƏƏ, Misir və Türkiyə istiqamətlərində də aviareysləri bərpa edəcək.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026