Azərbaycan ötən ay gündəlik bu qədər neft hasil edib

12:33 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Azərbaycan yanvar ayında “OPEC plus” üzrə öhdəliyini tam yerinə yetirib.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, 2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barrel olub.

Bunun 593 min barrelini xam neft, 159 min barrelini isə kondensat təşkil edib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayında gündəlik xam neft hasilatını 123 min barrel azaldaraq 595 min barrel həcmində saxlamalıdır.