Təhsil müəssisələrinin tikinti və təmiri üçün 5,5 milyon manatlıq tender elan edilib

15:06 - 6.10.2026


6 oktyabr, Fineko/abc.az. Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müxtəlif rayonlarda təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün ümumi ehtimal olunan qiyməti 5,54 milyon manat olan 7 satınalma elan edib.

Layihələr çərçivəsində Göyçay, Kürdəmir, Masallı, Saatlı, Qusar, Şamaxı, Yevlax, Ağcabədi, Sabirabad və Salyandakı peşə təhsili müəssisələrinin, BMU, SDU və Bakıdakı peşə mərkəzlərinin, həmçinin Ağdam, Laçın və Cəbrayıl şəhərlərində uşaq bağçaları ilə məktəblərin tikinti və təmiri nəzərdə tutulur.