12:25 - 11.02.2021
11 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Media Təhlil Mərkəzi” sərt karantin rejimi dövründə onlayn sifariş və çatdırılma xidmətləri ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə Bakıda sorğu keçirib.
ABC.AZ-ın məlumatına görə, sorğunun nəticələrinə əsasən, respondentlərin 74,1%-i onlayn sifarişdən ayda 5 dəfəyə qədər, 21,3 %-i 5-10 dəfə aralığında, 4,6%-i isə 10 dəfədən çox istifadə edir.
“Daha çox nə sifariş edirsiniz?” sualına cavab verənlərin 2%-i ərzaq, 7,2%-i məişət avadanlığı və elektrotexnika, 8%-i kosmetika və təmizləyici vasitələr, 19,7%-i yemək, 43,6 %-i geyim və ayaqqabı, 19,5 %-i isə digər məhsullar cavabını seçib.
Müəllif: Elmir Murad
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026