11:13 - 10.02.2021
10 fevral, Fineko/abc.az. Yaponiyanın "Toyota Motor Corp." avtokonserninin 2020-2021-ci maliyyə ilinin ilk doqquz ayında (aprel-dekabr) xalis mənfəəti 14 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 14,1% azdır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir. Şirkətin bir səhmə düşən seyrəltilmiş mənfəəti isə 5,74 dollardan 4,96 dollara enib.
Satış gəlirləri illik ifadədə 15% azalaraq 186,2 mlrd. dollara, əməliyyat mənfəəti isə 26,1% azalaraq 14,4 mlrd. dollara enib.
Qeyd edək ki, "Toyota" 2020-ci ilin aprel-dekabr aylarında 5,438 mln. avtomobil satıb. Bu, illik müqayisədə 20,7% azdır. Maliyyə ilinin III rübündə satışlar illik müqayisədə 6,9% artaraq 2,353 mln. avtomobil təşkil edib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026