Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər – İlham Əliyev

15:10 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdış prosesi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bütün işlərin ardıcıllıqla həyata keçirildiyini bildirib.

O qeyd edib ki, mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər.

"İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır”.