Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib

15:47 - 31.08.2026


31 avqust, Fineko/abc.az. AZCON Holding şirkətlərindən olan Azərkosmosun təşəbbüsü ilə beynəlxalq peyk məlumatları və analitika şirkəti “EOS Data Analytics”in Qarabağ ərazisini əhatə edən baza xəritəsi yenilənib.

Yenilənmə çərçivəsində Qarabağda yerləşən yaşayış məntəqələrinin əvvəllər erməni dilində göstərilən adları Azərbaycanın rəsmi toponimləri ilə əvəzlənib. Azərkosmos tərəfindən Azərbaycanın rəsmi Açıq Məlumatlar Portalının (Opendata.az) baza məlumatları qarşı tərəfə təqdim olunub.

Təxminən 11 ay davam edən əməkdaşlıq nəticəsində Xankəndi, Xocavənd, Ağdərə, Suqovuşan və bölgənin digər yaşayış məntəqələrinin rəsmi adları rəqəmsal xəritədə düzgün əks olunub. Bu addım ölkəmiz haqqında aktual və etibarlı