Tariflərin artırılması "Azərsu" ASC-nin büdcədən asılılığını azaldacaq - Elçin Camalov

15:00 - 1.02.2021


1 fevral, Fineko/abc.az. Əhali üçün su təhcizatı və tullantı sularının axıdılması tariflərinin artırılması "Azərsu" ASC-nin gəlirlərinin 92,5 milyon manat çoxalmasına gətirib çıxaracaq.

ABC.AZ-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, qiymətlərin artması ilə əlaqədar olaraq su istehlakının 3-5% azalması gözlənilir.

"Tariflərin artırılması "Azərsu" ASC-nin büdcədən asılılığını azaldacaq, amma büdcədən şirkətə subsidiya ödənilməsi davam edəcək. 2021-ci ildə dövlət büdcəsindən şirkətı 45 milyon manat subsidiya ödənilməsi nəzrədə tutulur" - deyə "Azərsu" rəsmisi bildirib.

Müəllif: Elmir Murad