10:20 - 1.02.2021
1 fevral, Fineko/abc.az. Fevralın 1-dən etibarən Gürcüstanda bütün istiqamətlərdə müntəzəm uçuşlar bərpa olunacaq.
ABC.AZ xəbər verir ki, müvafiq qərar Koordinasiya Şurası tərəfindən verilib.
Qərara əsasən, uçuşlar bütün tibbi protokol qaydalarına riayət olunmaqla həyata keçiriləcək:
“Gürcüstanda fəaliyyət göstərən və fəaliyyətini davam etdirən, həmçinin aviasiya bazarına daxil olmaq arzusunda olan bütün aviaşirkətlər müntəzəm uçuşlar təyin edə biləcəklər”, - deyə açıqlamada bildirilib.
Müəllif: Elmir Murad
12 Avqust 2026