15:26 - 28.01.2021
28 yanvar, Fineko/abc.az. Bu ilin yanvarında “Rosselxoznadzor”-un Çuvaş Respubliakası və Ulyanovsk vilayəti üzrə İdarəsi ümumi çəkisi 1 140 ton olan ərzaq buğdası partiyalarına fitosanitar nəzarət həyata keçiriblər.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu karantin məhsulları dəmir yolu ilə Azərbaycana ixrac edilməsi üçün nəzərdə tutulub.
Bu məhsulu göndərən isə Ulyanovsk vilayətinin (Dimitrovqrad şəhəri) kənd təsərrüfatı müəssisəsi olub.
"Tədarükçü karantinə alınmış məhsulların karantin-fitosanitar vəziyyətinə dair nəticələr daxil olmaqla bütün sənədlər paketini təqdim edib. Buğda məhsulları idxal edən ölkənin tələblərinə cavab verir. Yoxlanılan yük üçün fitosanitar sertifikatları verilib", - məlumatda deyilir.