10:59 - 22.01.2021
22 yanvar, Fineko/abc.az. 2020-ci ildə Azərbaycana gətirilmiş hibrid avtomobillərinin sayı açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəyə 5 mindən çox hibrid avtomobil idxal edilib.
2020-ci il ərzində Azərbaycana 28 milyon 32 min dollar dəyərində 5080 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal edilib.
Həmçinin, 8 milyon 330 min dollar dəyərində yalnız elektrik mühərriklə hərəkətə gətirilən 167 nəqliyyat vasitəsi idxal edilib.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026