Gömrüyün xətti ilə bəzi daxilolmalar azalıb – Siyahı

14:48 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. 2020-ci ilin dekabr ayı ərzində ƏDV üzrə daxilolmalar 2019-cu ilin eyni ayı ilə müqayisədə 14,3% azalıb.

ABC.AZ-ın  Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, sözügedən dövrdə ƏDV üzrə daxilolmalar 230 milyon 415 min manat təşkil edib.

Aksizlər üzrə 18,1% azalaraq 15 milyon 381,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 14% azalaraq 3 milyon 315,9 min manat  təşkil edib.