Saatlıda yeni heyva sortu yetişdiriləcək

16:22 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. Saatlıda Türkiyə sortu kimi tanınan “Eşmə” heyva növü yetişdiriləcək. Artıq bağın müəyyən hissəsində tinglər əkilib. Bağ innovativ üsulla becəriləcək.

ABC.AZ-ın məlumatına görə, Saatlıda ilk dəfə olaraq Türkiyədən gətirilən heyva tinglərindən bağın salınmasına başlanılıb.

Bağ üçün rayonun Qaralar kəndi ərazisində 25 hektar ərazi ayrılıb. Bağda 50 min ədəd “Eşmə” sortundan olan ting əkiləcək.