11:13 - 8.01.2021
8 yanvar, Fineko/abc.az. Ötən il 4559 nəfər əlilliyi olan şəxs müxtəlif işlərə cəlb olunub.
ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, ötən il ərzində 2750 nəfər əlilliyi olan şəxs işlə təmin edilib.
"Bundan əlavə, 2020-ci il ərzində 1809 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib. Həmçinin ötən il nazirlik 11344 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib" deyə nazirlikdən qeyd olunub.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026