15:16 - 7.01.2021
7 yanvar, Fineko/abc.az. Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bu il 35 milyon manat vəsait ayrılıb.
ABC.AZ-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.
Nazir qeyd edib ki, digər tərəfdən, bəzi dövlət şirkətlərinin əhaliyə göstərdiyi xidmətlərin subsidiyalaşdırılmış qiymətlərlə həyata keçirilməsini nəzərə almaqla dövlət tərəfindən həmin şirkətlərə müəyyən subsidiyaların verilməsi nəzərdə tutulur.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026