10:26 - 7.01.2021
7 yanvar, Fineko/abc.az. Astara rayonunda karantin rejimini pozan çayxana aşkarlanıb.
DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, rayonun Rüdəkənar kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Keçirilən baxış zamanı həmin vaxt orada obyektin sahibi Q.Mirzəyevlə yanaşı 14 nəfər müştərinin də olduğu müəyyən edilib.
Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026