16:08 - 5.01.2021
5 yanvar, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərindən artıq 900-dək şəhidin 2 100-dən çox ailə üzvünə müvafiq sosial ödənişlərin təyinatını aparıb və proses davam edir.
ƏƏSMN-dən ABC.AZ-a daxil olan məlumata görə, bu sosial ödənişlərdən biri də Prezidentin aylıq təqaüdüdür.
Eyni zamanda Nazirlik əməkdaşları tərəfindən şəhid ailələri ilə mütəmadi görüşlər davam edir və təqaüdü almaq üçün bank kartları bir çox şəhid ailələrinə elə bu görüşlər zamanı öz ünvanlarında təqdim edilib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026