14:23 - 5.01.2021
5 yanvar, Fineko/abc.az. Hazırda Ermənistan tərəfdə 2 mülki vətəndaşımız saxlanılır.
ABC.AZ xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, bu günədək döyüş bölgəsindən 334 Azərbaycan hərbçisinin, 988 erməni hərbçisinin meyiti çıxarılıb. İ.Axundov hazırda bu prosesin davam etdiyini vurğulayıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026