Türkiyə də peyvənd alıb – Yaxın zamanda gətiriləcək

14:07 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Bir müddət əvvəl Türkiyənin Çindən COVİD 19 üçün sifariş verdiyi peyvəndlər artıq gətirilmək üzrədir.

ABC.AZ-ın məlumatına görə, yeni növ koronavirus peyvəndinin 3 milyon dozalıq ilk partiyasının sabah səhər Pekin-İstanbul reysilə İstanbul Hava limanına gətiriləcəyini açqlanıb.

Ardınca gətirilən peyvəndlər Türk Hava Yollarına aid başqa bir reyslə Ankaraya göndəriləcək.