Ehtiyac meyarının məbləği artırıldı

16:00 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Azərbaycanda 2021-ci ildə ehtiyac meyarının məbləği artırılır.

ABC.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Belə ki, ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.