15:50 - 28.12.2020
28 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin plenar iclası keçirilib.
ABC.AZ-ın məlumatına görə, iclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gələn il pensiyaların 9,3 faiz artırılacağını vurğulayıb.
O qeyd edib ki, orta aylıq pensiyaların məbləği 338 manata yüksələcək: “Yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı gözlənilir. Həmçinin müavinətlərdə də xeyli artımlar planlaşdırılır”.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026