Beş gün iş olmayacaq – Tətil başlayır

10:27 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəyliyi günü, yanvarın 1 və 2-si Yeni il bayramı olduğundan qeyri-iş günü olacaq.

ABC.AZ-ın məlumatına görə, yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü bazar günüdür.

Beləliklə, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.

Müəllif: Elmir Murad