Daha 64 şəhid ailəsi və müharibə əlilinə evlər verildi – Foto

16:26 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Bu gün ölkənin bir sıra rayonlarında daha 64 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, qeyd olunub ki, bu il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə artıq 1350-dək mənzil və fərdi ev təqdim edilib.

Qeyd olunub ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı, onların sosial ödənişlərlə təmin olunması işləri, bu ödənişlərin ötən dövrdə dəfələrlə artırıldığı diqqətə çatdırılıb.

Aktiv məşğulluq tədbirlərində də onlara üstünlük verildiyi qeyd edilib.