10:21 - 25.12.2020
25 dekabr, Fineko/abc.az. Dekabrın 24-də xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 10 nəfər barəsində cinayət işləri başlanıb.
Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026