15:53 - 24.12.2020
24 dekabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən alınmış 103 mənzili bu kateqoriyadan olan vətəndaşlara təqdim edib.
ABC.AZ xəbər verir ki, tədbirdə bildirilib ki, son bir ayda artıq 5 min 300-dən çox bu kateqoriyalardan olan vətəndaş bu dəstək tədbirləri ilə əhatə olunub.
Qeyd olunub ki, 2020-ci ilin 11 ayında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 21,5% və ya 931,7 milyon manat çox olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib. Aktiv məşğulluq proqramlarının əhatə dairəsi daha da genişlənib.
Həmçinin nəzərdə tutulan göstəriciyə uyğun olaraq artıq 12 minə yaxın ailə özünüməşğulluq proqramına cəlb edilib.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026